SON XƏBƏR

Əli Həsənov: “Mehriban Əliyevanın təyinatı Azərbaycan xalqına, dövlətimizə töhfələr verəcək”

Fevral 25
14:52 2017
Mehriban Əliyevanı birinci vitse-prezident təyin edilməsi münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətimizə, millətimizə qarşıdakı illərdə töhfələr verəcək.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

"Bu təyinat nəticəsində Azərbaycan dövlətçiliyində dinamizmi müşahidə edəcəksiniz. Xaraktercə dinamik insan olan Mehriban Əliyevanın xarakterinin dövlət idarəçiliyinə sirayət edəcəyinin şahidi olacaqsınız”, - deyə Ə. Həsənov qeyd edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook