SON XƏBƏR

Əli Həsənov: “Ermənilərlə qonşuluq bizə yalnız problemlər yaradıb”

Dekabr 22
00:11 2016
"Bu gün böyük geosiyasi dairələr yeni müstəqillik qazanmış ölkələrin dünyada təbliğinə bilərəkdən çətinliklər yaradırlar ki, bu ölkələrin tarixi saxtalaşdırılsın”.
 
Bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bu gün Bakıda keçirilən "İrəvan – gizlədilmiş həqiqətlər” adlı sənədli filmin təqdimat mərasimində çıxışı zamanı bildirib.
 
Ə.Həsənov deyib ki, ümummilli lider Heydər Əliyev son 200 ildə Azərbaycan xalqına qarşı törədilən qırğınlar haqqında danışarkən deyirdi ki, ermənilərlə qonşuluq Azərbaycan qarşısında daima bir geosiyasi vəzifə qoyur ki, biz bunu unutmamalıyıq:
 
"Adətən qonşu ölkələr bir-birinin inkişafına töhfə verir. Ancaq ermənilərlə qonşuluq bizə yalnız problemlər, mədəniyyətimizin dağıdılma təhlükəsi, təhlükəsizliyimizə təhdid yaradıb, eləcə də xalqımıza qarşı soyqırımı törədilib. Bizim geosiyasi vəzifəmiz isə ermənilərdən tariximizi, mədəniyyətimizi, fiziki varlığımızı, gələcək inkişafımızı qorumaqdır. Bəzən biz xristian dünyasında ermənipərəst dairələrə başa salırıq, lakin onlar xristian-müsəlman ayrıseçkiliyi fonunda bizə şübhə ilə yanaşır. Ona görə də biz daha çox iş görməliyik ki, ermənilərin saxtakarlığını üzə çıxaraq”. (publika.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook