SON XƏBƏR

Əli Əhmədov: "Qida Təhlükəsizliyi Agentliyi bir neçə aya fəaliyyətini birbaşa həyata keçirməyə başlayacaq"

Yanvar 20
13:02 2018
"Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumu və nazirliklərdə icra olunan funksiyaları həyata keçirəcək".
 
"Report"un məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır: "İndi lazımi olan texniki təşkilatı işlər görülməkdədir. O funksiyalar ki, vaxtı ilə bir neçə dövlət qurumları və nazirliklərdə icra olunurdu, həmin funksiyalar Qida Təhlükəsizliyi Agentliyinə verilir. Güman edirəm ki, bir neçə ay ərzində təşkilatı işlər tamamlanacaq və Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətini birbaşa həyata keçirməyə başlayacaq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook