SON XƏBƏR

Əli Əhmədov: Dağlıq Qarabağ problemi olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edər, insanlar daha firavan yaşayardı

İyun 20
20:24 2019
Bəşəriyyət inkişaf etdikcə, təəssüflər olsun ki, biz dünyada qaçqın və məcburi köçkünlərin sayının artmasını görürük.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib: "Bu bizim hər birimizi düşündürməli olan problemdir. Bu gün dünyada demokratik dəyərlər haqqında 100 il bundan əvvəlkindən çox danışılır, ancaq dünyada qaçqınların sayı artmaqdadır".

Baş nazirin müavini bildirib ki, dünyanın malik olduğu sərvətlər bütün insanların firavan yaşaması üçün yetərlidir, lakin dünyada baş verən ədalətsizliklər buna imkan vermir.

Ə.Əhmədov vurğulayıb ki, gərək dünya səylərini birləşdirib qaçqın və məcburi köçkünlərin sayının artmasının qarşısını alsın.

Onun sözlərinə görə, Azərbaycan qaçqın və məcburi köçkün problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook