SON XƏBƏR

Əli Əhmədov: Bugünkü Azərbaycanın ən qüdrətli resurslarından biri Yeni Azərbaycan Partiyasında ehtiva olunur

İyun 15
07:01 2017
«Azərbaycanın inkişafı prosesində, yeni mərhələdə həyata keçirilən islahatlarda və bu islahatların uğurla nəticələnməsi işində YAP və onun çoxsaylı üzvləri yaxından iştirak edirlər». Bu fikri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
 
Əli Əhmədov bildirib ki, partiyanın hər bir üzvü ölkənin inkişafına öz töhfələrini verməyə çalışır. Onun sözlərinə görə, Azərbaycan tarixində qürurverici hadisələrdən biri məhz Yeni Azərbaycan Partiyasının yaradılması, gücünün günbəgün artması və ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli və özünəməxsus yer tutmasıdır.
 
«Bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 ili tamam olur. Bir neçə aydan sonra bu tarixi günü qeyd edəcəyik. YAP-ın hər bir üzvü fəxr edir ki, Ümummilli lider Heydər Əliyevin yaratdığı partiyada təmsil olunur. Həm də fəxr edirlər ki, partiyamıza üzv olmaqla ölkəmizin inkişaf siyasətində iştirak edirlər.
 
Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeniləşməsi, müasirləşməsi və inkişafının daha da yüksəlməsinə yönəlmiş siyasətin gerçəkləşməsinə öz töhfələrini verirlər. Partiyamızın üzvlərinin sayı 700 min nəfərə yaxınlaşıb. Bu, Heydər Əliyev ideyaları ilə silahlanmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqa xidmət edən möhtəşəm ordudur. Bu ordunun əsas silahı Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsində iştirak etməsidir. Bugünkü Azərbaycanın ən qüdrətli resurslarından biri Yeni Azərbaycan Partiyasında ehtiva olunur. Bu, daim gücünü artıran bir resursdur. İnanıram ki, Yeni Azərbaycan Partiyası  bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə qurtuluşun Azərbaycana verdiyi töhfələrin daha da artmasında xidmətlər göstərəcək»- deyə, YAP Sədrinin müavini vurğulayıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook