SON XƏBƏR

Əli Əhmədov: Azərbaycan qısa dövrdə böyük inkişaf yolu keçib

Avqust 15
14:03 2017
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov avqustun 14-də Bakıda 41-ci Dünya Skaut Konfransının rəsmi açılış mərasimində çıxışında Bakı konfransının skaut hərəkatında önəmli hadisələrdən birinə çevriləcəyinə əminliyini ifadə edərək deyib ki, belə tədbirin Azərbaycan paytaxtında keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi Dünya Skaut Hərəkatının ölkəmizə etibarının və hörmətinin ifadəsidir. "Hər birimizin öz vətənimiz var. Amma bu gün insanları birləşdirən ümumi vətən – Yer kürəsi var və onu təhlükədən xilas etmək üçün insanlar birləşib problemləri həll etməlidirlər”, - deyən Əli Əhmədov dünyanı narahat edən problemlər sırasında miqrasiya probleminin xüsusi yer tutduğunu, Azərbaycan vətəndaşlarının öz təcrübələrində bu problemlə üzləşdiklərini qeyd etdi. Vurğuladı ki, əgər insanlar səylərini birləşdirsələr hər bir ölkədə əmin-amanlığa nail ola bilərlər.
 
Əli Əhmədov qeyd etdi ki, Dünya Skaut Hərəkatı müxtəlif yaş qruplarından olan insanları öz sıralarında birləşdirir. Bu hərəkat bir tərəfdən müxtəlif yaş qrupları, digər tərəfdən fərqli millətlərin nümayəndələri arasında anlaşmaya töhfə verir. Baş nazirin müavini əmin olduğunu bildirdi ki, təşkilat bundan sonra da qarşısında duran vəzifələri uğurla yerinə yetirəcək.
 
Bakı konfransını bu mənada əhəmiyyətli mərhələ adlandıran Əli Əhmədov Azərbaycanın dünyanın gənc dövlətlərindən biri olduğunu diqqətə çatdırdı, ölkəmizin qısa dövrdə böyük inkişaf yolu keçdiyini, insanların rifahının yüksəlməsi sayəsində mühüm layihələr reallaşdırdığını vurğuladı.
 
Baş nazirin müavini bildirdi ki, Azərbaycan təcrübəsi Dünya Skaut Hərəkatının inkişafına və müsbət dəyişikliklər axtarışına mühüm töhfə olacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook