SON XƏBƏR

Əli Əhmədov: "Azərbaycan gender bərabərliyinə həssas yanaşır"

İyun 09
13:49 2017
"Azərbaycan gender bərabərliyinə həssas yanaşır. Bu məsələ ölkə rəhbərliyinin diqqətindədir”.
 
"Report”un xəbərinə görə, bunu Azərbaycanın Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov "Dayanıqlı inkişaf məqsədləri: Qadınlar və inkişaf” mövzusunda keçirilən konfransda deyib.
 
O bildirib ki, dünyada qadınlarla kişilər arasında hüquq bərabərliyinin pozulması faktları var: "Yəni, qeyri-bərabərlik mövcuddur. Təhsil səviyyəsinə görə də qeyri-bərabərlik mövcuddur. Təhsil hüququndan məhrum olanların 3/2 qadımlardır. Bu cür mənzərələrin aradan qaldırılması üçün iş aparılır. Dünyanın 140 ölkəsinin konstitusiyasında qadınlarla kişilərin bərabərliyi əksini tapıb, amma real həyatda bunun əksi olur. Gender bərabərliyi olan ölkələr inkişaf etmkş ölkələdir. Bu siyahıda Skandinaviya ölkələri öndədir. Amma Yaponiya bu məsələdə çox geridir. O cəmiyyətlərdə ki insanların potensialından tam istifadə olunur, o ölkələr inkişaf edir. Azərbaycan cəmiyyəti dünyanın ayrılmaz hissəsi kimi bu məsələlərə həsaslıqla yanaşır”.
 
Baş nazirin müavini qeyd edib ki, cəmiyyətdə qadına xüsusi hörmət olunmalıdır:"Azərbaycanda qadının ictimai, siyasi həyatda rolunun artırılmasına çalışılır. Bu, hər bir müasir cəmiyyətin qarşısında duran əsas vəzifədir. Ölkəmizdə qadınlar bir sıra sahələrdə-Təhsil, səhiyyə sahəsində öndədirlər. Bir çox qurumlara qadınlara rəhbərlik edir, Azərbaycan Milli Məclisində 19 qadın deputat var. Amma biz bunu tam təkmil hesab etmirik. Azərbaycanda qadın sahibkarlar da var. Eyni zamanda bizi narahat edən məsələləri həll etməliyik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook