SON XƏBƏR

Eldəniz Səlimov: Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritetdir

İyul 16
01:24 2017
«Dövlətimiz daim əhalinin sosial müdafiəsinin gücləndirilməsini prioritet elan edib».
 
Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
 
E.Səlimov bildirib ki, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının sosial müdafiəsini gücləndirmək məqsədilə daim lazımi addımlar atır. Onun sözlərinə görə, Azərbaycan əhalisinin sosial müdafiəsi ölkənin daxili siyasətinin proritet istiqamətlərindən biridir.
 
«Təsadüfi deyil ki, dünya iqtisadi böhranına baxmayaraq ölkəmizdə sosial proqramlar təxirə salınmayıb. Bu fikir bir daha rəsmi səviyyədə bəyan olunub. Bütün bunlar onu göstərir ki, Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir»- deyə, deputat qeyd edib. 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook