SON XƏBƏR

Eldar İbrahimov: Sahibkarlığın inkişafı ölkəmizin sosial-iqtisadi inkişafı prosesində mühüm rol oynayır

İyun 24
10:04 2017
«Sahibkarlığın inkişafına böyük diqqətin göstərilməsi, iş adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan siyasətin məqsədyönlülüyündən xəbər verir. Qlobal böhranın səngimədiyi bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi qarşıya qoyulan bütün məsələlərin həllinə imkan yaradacaq». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
 
E.İbrahimov bildirib ki, sahibkarlığın inkişafı sosial-iqtisadi inkişaf prosesində, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Onun sözlərinə görə, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsi, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür.
 
«Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi iş adamları tərəfindən də razılıqla qarşılanır. Bütövlükdə, Azərbaycan dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən bir ölkə kimi tanıdıb»- deyə, komitə sədri vurğulayıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook