SON XƏBƏR

Eldar İbrahimov: Hökumət kənd təsərrüfatının və aqrar-sənaye kompleksinin inkişafı üçün ardıcıl siyasət yeridir

Aprel 18
10:10 2018
«Azərbaycan hökuməti kənd təsərrüfatının və onunla bağlı aqrar-sənaye kompleksinin müasir tələblər səviyyəsində inkişafının təmin edilməsi üçün elmi əsaslara söykənən ardıcıl siyasət yeridir». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
 
E.İbrahimov bildirib ki, ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsul istehsalına çəkilən xərcin bir hissəsinin dövlət vəsaiti hesabına ödənilməsi, məhsul istehsalının dinamik artımına nail olunması üçün indiyə kimi Prezidentimiz tərəfindən onlarla qanun, fərman və sərəncam imzalanıb. Kənd təsərrüfatı məhsul istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunması haqqında 2001-ci ildən tətbiq edilən qanunun qüvvəsinin Prezident İlham Əliyevin təşəbbüsü ilə 2018-ci ilin sonuna kimi uzadılması fermerlərə 2 milyard manatdan çox dövlət büdcəsinə ödəniləcək vəsaitin onların sərəncamında qalmasına və istehsalın genişləndirilməsinə sərf etməyə imkan verib.
 
«Ötən il kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 6 milyard 580 milyon manat (4 milyard dollar), bu sahədə yaradılan ümumi daxili məhsul 3,9 milyard manat (2,3 milyard dollar), ümumi daxili məhsulda kənd təsərrüfatının payı 5,6 faiz təşkil edib. 2007- 2016-cı illərdə yalnız yanacaq və motor yağlarına, buğda və çəltik əkinlərinə, mineral gübrələrə və reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən hər il 150-180 milyon manat həcmində subsidiya verilib. 2018-ci ildə büdcədən kənd təsərrüfatına 656 milyon manat vəsait ayrılıb ki, bunun da 288 milyon manatı müxtəlif subsidiyaların ödənilməsi və aqrar sahədə islahatların aparılmasına yönəldiləcək»-deyə, komitə sədri vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook