SON XƏBƏR

Eldar İbrahimov: Həyata keçirilən iri layihələr sosial-iqtisadi inkişafa xidmət edir

Mart 27
20:14 2017
«Dünyanın iqtisadi və siyasi həyatında baş verən mənfi proseslər fonunda ölkəmizin bir çox iqtisadi sahələrində artımın əldə olunması şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasəti sayəsində mümkün olub. Məhz bunun nəticəsidir ki, qlobal səviyyədə hələ də davam edən çox ağır maliyyə və iqtisadi, habelə siyasi böhranların təsirindən ölkəmiz çox cüzi itkilər verməklə alnı açıq çıxıb». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
 
E.İbrahimov bildirib ki, bütün bunlar sübut edir ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi və sosial siyasət Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və dövrün tələbinə uyğun olaraq təkmilləşdirilir. Onun sözlərinə görə, dövlət başçısının  milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini təsdiq etməsi bunun əyani sübutudur.
 
«Ölkəmizin sosial-iqtisadi inkişafını təmin edən 11 istiqamət üzrə hazırlanmış bu strateji yol xəritələri çox mükəmməl bir sənəddir və hesab edirəm ki, respublikamızın gələcək taleyində həlledici rol oynayacaq. Bu onu göstərir ki, dövlətimizin başçısı və onun rəhbərliyi ilə fəaliyyət göstərən Nazirlər Kabineti ölkəmizin qüdrətinin daha da möhkəmlənməsi, ölkə əhalisinin maddi-rifah halının yaxşılaşması, müstəqil Azərbaycan Respublikasının dünyada reytinqinin yüksəlməsi üçün daim axtarışdadır və bu məqsədə çatmaq üçün ən iri layihələrin icrasını təmin etmək əzmindədir. Strateji yol xəritələrindən birinin kənd təsərrüfatı məhsulları istehsalı və email məsələlərinə həsr edilməsi ölkə rəhbərinin və hökumətin bu sahəyə və kənd əhalisinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir»- deyə, komitə sədri vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook