SON XƏBƏR

Eldar İbrahimov: Dövlət proqramının uğurlu icrası ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələnin başlanğıcı olacaq

İyul 25
15:29 2017
«Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" mühüm sənəddir. Dövlət başçısı tərəfindən təsdiq olunmuş proqramda mühüm məsələlər əksini tapır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
 
E.İbrahimov bildirib ki, sənəddə kənd təsərrüfatı kooperasiyasının mahiyyəti və əsas xüsusiyyətləri, kənd təsərrüfatında kooperasiyanın rolu və üstünlükləri, kooperasiyanın inkişafının şərtləri, eləcə də Dövlət Proqramının məqsədi və vəzifələri öz əksini tapır. Onun sözlərinə görə, Dövlət Proqramının məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək verməkdir.
 
«Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində bir sıra vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. Onların sırasında kooperativlərin fəaliyyəti ilə bağlı maarifləndirmənin və təbliğat-izahat işinin gücləndirilməsini, kooperativlərin dövlət tərəfindən dəstəklənməsini, aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsini, torpaqdan səmərəli istifadə edilməsini, kənd təsərrüfatı kooperasiyası sisteminin inkişaf etdirilməsini, kənd təsərrüfatı istehsalında səmərəliliyin təmin edilməsini, kənd təsərrüfatında innovasiyaların tətbiqinə şərait yaradılmasını qeyd etmək olar. Dövlət proqramında Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Ümumiyyətlə, Dövlət proqramı çox  əhatəli bir sənəddir. Əsəs məsələ proqramdakı məsələlərin yerinə yetirilməsidir. Bu da icra strukturlarından asılıdır. Sərəncamda göstərilir ki, proqramın icrası ilə bağlı  ildə iki dəfə cənab Prezidentə məruzə olunacaq. İnanırıq  ki, dövlətin dəstəyi ilə kənd təsərrüfatı koopersiyası inkişaf etdiriləcək. Bu da gələcəkdə aqrar sahədə kiçik sahibkarlığı inkişaf etdirməyə geniş imkanlar yaratmaqla yanaşı iri təsərrüfatlar arasında rəqabəti gücləndirəcəkdir. Son nəticədə isə ölkəmizdə səmərəli fəaliyyət göstərən aqrar sektor formalaşacaqdır.  Proqramda bu məsələ ilə bağlı hansı tədbirlərin hansı müddətdə və hansı dövlət qurumları tərəfindən görüləcəyi dəqiq əksini tapıb. Hesab edirəm ki, dövlət proqramının uğurlu icrası ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır»- deyə, komitə sədri vurğulayıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook