SON XƏBƏR

Eldar İbrahimov: Bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir

Dekabr 08
11:12 2017
«Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin əsas komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq və digər sistemli hədəflərin reallaşmasında dövlət siyasətinin tərkib hissəsini təşkil edir».
 
Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
 
E.İbrahimov bildirib ki, Azərbaycanın ötən dövr ərzində böyük inkişaf yolu keçməsi, ilk növbədə, həyata keçirilən düzgün iqtisadi siyasətlə əlaqədardır. Onun sözlərinə görə, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun məntiqi nəticəsidir.
 
«Bu siyasət ölkəmizin tərəqqisini təmin edir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın şaxələndirilməsi, bir sözlə, bütün sahələrdə davamlı inkişaf strategiyası uğurla həyata keçirilməkdədir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi kimi dəyərləndirmək olar. Hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib»- deyə, komitə sədri vurğulayıb.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook