SON XƏBƏR

Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı tapşırıq verdi

Oktyabr 04
10:53 2018
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təsərrüfat strukturları gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər İcra Hakimiyyətindən Qaynarinfo-ya daxil olan məlumata görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) hava xəbərdarlığı ilə bağlıdır.

İcra Hakimiyyətindən bildirilib ki, yarana biləcək fəsadların qarşısının alınması üçün rəhbərliyin göstərişilə hazırlıq görülür.

ESTN-nin məlumatına görə, havanın temperaturu 5-8 dərəcə aşağı düşəcək. Bakıda və Abşeron yarımadasında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək güclü şimal-qərb küləyi əsəcək. Arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 5-i səhərdən 6-sı gündüzədək hava şəraitinin qeyri-sabit  keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook