Elçin Quliyev və Xanlar Vəliyev Ermənistanla sərhəddə
Noyabr 08
10:19
2019
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən "Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər etmişlər.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Səfər çərçivəsində əlahiddə sərhəd diviziyasının struktur qurumlarının xidməti-döyüş fəaliyyəti yoxlanılmış, sərhəd döyüş məntəqələrində şəxsi heyətlə görüşülmüş, xidməti və yaşayış şəraitlərinə baxış keçirmişdir.