Elçin Quliyev Gürcüstan DİN Sərhəd Polisinin rəisi ilə görüşdü
May 27
17:25
2019
Mayın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyətlərinin dövlət sərhədində işçi görüşü keçirilib.
May 29-da Bakı şəhərində baş tutacaq futbol üzrə Avropa Liqasının final oyununa tamaşa etmək üçün hava, dəmiryolu və avtomobil nəqliyyatı ilə Gürcüstandan ölkəmizə gələcək azarkeşlərin dövlət sərhədindən buraxılış məntəqələrindən sadələşdirilmiş qaydada keçmələri, bu kateqoriyadan olan şəxslər və onların nəqliyyat vasitələri üçün xüsusi keçid şəraitinin yaradılması üzrə məsələlər nəzərdən keçirilib və razılaşdırılıb.
Görüşdə sərhəd təhlükəsizliyinin təminatı üçün Azərbaycan və Gürcüstan sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.