SON XƏBƏR

Əlahiddə Ümumqoşun Ordunun HHM bölmələri həyəcan siqnalı ilə qaldırıldı

Dekabr 11
12:56 2018
Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.
 
Qlobal.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətlərini məşq ediblər.
 
Hava düşmənini təqlid etmək üçün təlimlərə aviasiya bölmələri də cəlb olunub. Təlimlərin sonunda ümumqoşun birləşmələrinin HHM bölmələri döyüş atışları icra ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook