SON XƏBƏR

“Əl-Cəzirə” Qarabağda mina təmizləyən erməni qadınlardan yazdı – Fotolar

Mart 10
07:46 2018
Qətərin Əl-Cəzirə telekanalının əməkdaşları növbəti Azərbaycanın işğal altındakı bölgələrinə qanunsuz səfər edib.
 
Bu haqda separatçı-terrorçu rejimin mediası məlumat yayıb. Qətərə məxsus  saytın əməkdaşı Yeva Klifford Dağlıq Qarabağ və ətraf rayonlarımızda qeyri- qanuni fəaliyyət göstərən ABŞ və Britaniyanın xeyriyyə və qeyri-kommersiya adı altında işləyən "HALO Trust”  təşkilatının minatəmizləyən 11 nəfərlik qadın qrupu haqqında material hazırlayıb. O yazır ki, Narine Asatryan adlı erməni qadın  7 uşaq anasıdır. O, bütün günü çöllərdə mina təmizləməklə məşğul olur, axşamlar evinə qayıdır. Erməni harsınlardan bəzilərinin yaşadıqları yer uzaq olduğundan yalnız həftədə iki dəfə ailələrini görə bilirlər.
 
Xatırladaq ki, "HALO Trust”  Böyük Britaniyanın xeyriyyə, ABŞ-ın qeyri-kommersiya birgə təşkilatı adı altında fəaliyyət göstərir. Planetimiz üzrə mülki vətəndaşlar üçün təhlükə yarada bilən  mina və partlamammış qurğuların zərərsizləşdirilməsi ilə məşğul olduğu bildirilir.  Təşkilata Amerika və Britaniyanın istefada olan hərbçiləri rəhbərlik edir.
 
Azərbaycanın işğal altındakı torpaqlarında 2000-ci ildən fəaliyyətə başlamış "HALO Trust”un  Qarabağ şöbəsinin ilk rəsmi sponsorları   ABŞ Beynəlxalq İnkişaf Agentliyi(USAID) və Böyük Britaniyanın "The Yulia Burke Foundation” təşkilatı olub.  Azərbaycan tərəfinin "HALO Trust” təşkilatının qanunsuz olaraq ölkənin işğal altındakı ərazilərində fəaliyyətinə görə dəfələrlə beynəlxalq donorlara və təşkilatlara müraciət etməsinə baxmayaraq təşkilat öz fəaliyyətini davam etdirir. Yalnız 2010-cu ildən rəsmi Bakının etirazlarından sonra Böyük Britaniyanın "HALO Trust”a maliyyə yardımı ayrılmasını dayandırmaq barədə qərarı separatçı erməni rejimini yeni maliyyə mənbələri axtarmağa məcbur edib.  Lakin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Yerevan ofisi təşkilata yardımını davam etdirib və  2014-cü ildə "HALO Trust”ə  5 milyon dollarlıq qrant ayıraraq rəsmən bildirib: "Dağlıq Qarabağda "USAID”-in maliyyələşdirilməsi ilə minalardan təmizlənmə üzrə proqram davam edir…”.
 
Həmin vaxt  "HALO Trust” 2016-cı ilə Dağlıq Qarabağın bütün ərazisi minalardan təmizlənəcəyini vəd etmişdi. Son məlumatlara görə, "HALO Trust”un Qarabağdakı "yeyintiləri”ndən şübhələnən   "USAİD” də maliyyələşdirməni dayandırdığından  "yem yerindən” məhrum olan separatçı rejim minaların təmizlənməsi üçün yeni sponsorlar axtarmağa məcbir olub. Bundan sonra "HALO Trust” üçün  milyon dollar ianə toplanıb. Bu il martın ortalalarında erməni mediasının yaydığı məlumata görə,  artıq "HALO Trust”un adı çəkilməyən sponsorları tapılıb. Məlumatda bildirilir ki, anonim sponsor "HALO Trust”a Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün tələb olunan vəsaitin 4 milyon dollarını ödəməyə hazır olduğunu ifadə edib. Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi üçün isə ümumilikdə 8 milyon dollardan çox vəsait tələb olunur.
 
Qeyd edək ki, Böyük Britaniya parlamentinin Lordlar Palatasının keçmiş vitse-spikeri, qatı ermənipərəst baronessa Kerolayn Koks da "HALO Trust”un işğal edilmiş ərazilərdəki fəaliyyətini himayə edənlərdən biridir. O vəd edib ki, "HALO Trust” üçün yeni maliyyə mənbələrinin tapılmasına çalışacaq…
 
(Mənbə: Karabakh.tv) 

Qlobal.az
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook