SON XƏBƏR

Ekspert növbəti “Aprel savaşı”nın anonsunu verdi

Fevral 24
10:18 2017
Son zamanlar istər təmas xəttində, istərsə də Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr birbaşa Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi hər zaman bütün siyasi proseslərdə ermənilər tərəfindən bir kart kimi istifadə olunub:
 
"Bu azmış kimi, qondarma rejim "referendum” keçirir, üstəlik, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz olaraq gəlmiş xarici "müşahidəçilər” həmin saxta tədbirdə iştirak edirlər. Ermənilər müxtəlif təxribatlara əl atmaqla guya atəşkəsin Azərbaycan tərəfindən pozulmasını göstərmək istəyirlər. Bu, hər iki tərəfdən itkilərlə nəticələnir. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də ciddi bəyanatlarla çıxış etmirlər. Təbii ki, hərbi yolla münaqişənini həllinə qadir olan ölkə başçısı çox ciddi bəyanatla çıxış etdi və bildirdi ki, separatçı və işğalçı rejim Azərbaycanın hər bir əsgərinə, zabitinə görə cavab verəcək”.
 
Politoloq qeyd edib ki, erməni tərəfi istər BMT, istərsə də digər beynəlxalq qurumların qərarlarına məhəl qoymur, öz siyasi məqsədlərinə çatmaq üçün hər gün təxribatlara əl atır:
 
"Deməzdim ki, bu, genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxaracaq. Lakin artıq ağır artilleriya və digər silahlardan istifadə edilməyə başlanıbsa, bu proses Aprel hadisələrinə bənzər bir sonluqla nəticələnə bilər”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook