SON XƏBƏR

Ekspert: "Bəzi xanım müəllimlərin bu bayram günlərində pul tələb etməsi, onlara qarşı ikrah hissi formalaşdırıb”

Mart 07
13:22 2020
"Orta məktəblərdə şagirdlərdən ən çox pul yığılması 8 mart Beynəlxalq Qadınlar Gününə təsadüf edir”.

Qlobal.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

Onun sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən 4447 orta məktəbdə çalışan 149 min müəllimin 71%-ni xanımlar təşkil edir:

"Ölkə məktəblərində 1.5 milyon şagird təhsil alır. Demək olar ki, hər bir ailənin ya üzvü, ya da onun yaxın qohumu bu prosesdə iştirak edir. Hansısa bir əlamətdar gündə məktəblərdə pul yığılmasında birbaşa hər bir vətəndaş iştirak etmiş və müəllimlər də proses iştirakçıları olmuş olur. Nəzərə alsaq ki, məktəblərdə ən çox pul yığılması halları 5 oktyabr "Müəllimlər günü” və 8 mart "Beynəlxalq Qadınlar Günü”ndə baş verir, bu zaman xanım müəllimlərin hədəf olması anlaşılandır”.

Kamran Əsədov qeyd edib ki, məsələnin bu qədər xoşagəlməz həddə çatmasının səbəbi xanım müəllimlərin valideynlərdən pul tələb etməsidir:

"Bəzi xanım müəllimlər bu bayram günlərində hansısa hədiyyə yox, birbaşa pul, xüsusi ilə də müəyyən məbləğin ödənilməsini tələb etməsi, onlara qarşı bu ikrah hissini formalaşdırıb”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook