SON XƏBƏR

Ekspert: AŞPA-nın qərarı nə Aİ-yə, nə də Türkiyəyə xeyir gətirməyəcək

Aprel 26
18:33 2017
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı tərəflərin heç birinə xeyir gətirməyəcək.
 
Bunu Trend-ə Türkiyənin "Strategic Outlook” analitika mərkəzinin sədr müavini Mehmet Fatih Öztarsu deyib.
 
Onun sözlərinə görə, ötən il Türkiyə və Avropa İttifaqı (Aİ) sıx əməkdaşlıq ediblər:
 
"Türkiyə Avropa yönündə islahatları əsaslı şəkildə həyata keçirirdi, amma indi həm Aİ-də, həm də Türkiyədə çox şeylər dəyişib. Bu gün Türkiyə regional böhranın mərkəzində yer alıb. Avropa qaçqınlarla bağlı vədlərinə əməl etməyib. Bununla bağlı Türkiyə Aİ-ni məhkəməyə vermək hüququna malikdir”.
 
Ekspert qeyd edib ki, əgər bu gün Avropa Türkiyədən bir sıra öhdəliklərin yerinə yetirilməsini tələb edirsə, Türkiyənin qaçqın böhranı ilə bağlı üz-üzə qaldığı vəziyyəti nəzərə almalı və öz vədləri ilə bağlı cavabdehlik hiss etməlidir.
 
Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.
 
Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook