SON XƏBƏR

Ekspert açıqladı: İran və Türkiyə razılaşacaq

Avqust 16
00:09 2017
Türkiyə İran Baş Qərargah rəisləri arasında Suriya mövzusu ilə bağlı razılıq əldə oluna bilər.
 
Axar.az xəbər verir ki, bu sözləri Ankara Universitetinin Siyasi Elmlər fakültəsinin professoru Atay Akdevelioğlu deyib.
 
"Suriyada artıq tunelin sonunda işıq göründü. Aşağı-yuxarı necə bir razılaşmanın olacağını bilirik. İstər Rusiya, istər ABŞ, istərsə də digər regional ölkələrin uzlaşdığı formata problem yaradan yeganə ölkə İrandır. Tramp zamanında İrana qarşı başlayan antikampaniya, Tehranın Türkiyəyə ehtiyacını artırdı. Yəni İranın Suriya böhranının həllində sərgilədiyi mövqedə müəyyən yumşalmalar və razılaşmalar ola bilər”, - ekspert bildirib.
 
Qeyd edək ki, İran Baş Qərargah rəisi Məhəmməd Bakıri hazırda Türkiyədə səfərdədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook