SON XƏBƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyində "ağac qurudanlar"la əlbir olanlar var? - FOTOLAR

Sentyabr 03
08:54 2018
Son zamanlar Bakı şəhərində və eləcə də ölkənin bəzi regionlarında yol kənarlarında olan ağacların kimyəvi maddələrlə qurudulması barədə informasiyalar yayılmaqdadır. Ağacların qurudulmasına səbəb isə bəzi işbazlar tərəfindən həmin ərazidə sonradan müxtəlif biznes obyektlərinin tikintisinin planlaşdırılmasıdır. 

Acınacaqlı olan isə budur ki, işbazlar tərəfindən kimyəvi maddələrlə qurudulan ağaclar hansısa dövlət müəssisələrinin ərazisində olan ağaclardır. Bu isə bu tip müəssisələrin rəhbər vəzifəli şəxslərinin maddi maraqları naminə işbazlarla işbirliyinə getməsi anlamına gəlir.

Avqust ayının 6-da Lənkəran Dövlət Universitetinin həyətinin yolkənarı hissəsində ağacların qurudulması barədə məlumat yaymışdıq. Həmin məlumat barədə Ekologiya nazirliyinin mətbuat xidmətini və Lənkəranda ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsini məlumatlandırdıq. Nazirlikdən hadisəni diqqətdə saxlayacaqlarını bildirsələr də, bu günə qədər məsələnin araşdırırlması ilə bağlı heç bir məlumat verilməyib. 
 
1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının mütəmadi qarşısından keçdikləri Lənkəran Dövlət Universitetinin həyətinin yolkənarı hissəsində 15-20 metr hündürlüyündə olan ağacların qurudulmasını indiyədək görməmələri isə bir çox şübhələri ortaya çıxarır. 

Qeyd edək ki, LDU-nun yerləşdiyi ərazi Lənkəran-Lerik yolunun kənarındadır. Həmçinin Lənkəran aeroportunun yaxınlığındadır. Bu yolda müxtəlif tipli iaşə obyektləri var. Maraqlı məqam həm də LDU-nun həyətində qurudulan ağacların yol kənarında olması, yəni bu ağacların yerinin istənilən obyektə yararlı olmasıdır.
 
Qurudulmaqlarına baxmayaraq əvvəllər sağlam olduqları aydın hiss olunur. Ağacların ətrafında olan digər ağaclar isə, yəni yerləri obyekt tikməyə uyğun gəlməyənlər isə sağlam və yamyaşıldır.
 
Mövzunu diqqətdə saxlayacağıq.
 
Qlobal.az
 

 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook