SON XƏBƏR

Ekologiya Nazirliyininin vəzifəli şəxsi meşəbəyini niyə döydürüb? (ŞOK TƏFƏRRÜAT)

Dekabr 25
00:00 2020
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri arasında pul üstündə dava düşməsi ilə bağlı xəbər vermişdik.

Bildirmişdik ki, dekabrın 21-də axşam saatlarında yaşanan hadisəyə pul üstündə yaranan mübahisə səbəb olub. Hadisə zamanı Qəriblər Meşəbəyliyinin meşəbəyisi Sədrəddin Abbasov ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Sədrəddin Abbasova ağır xəsarət yetirənlərdən biri də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mühafizə mühəndisi Abuturab Bağırov olub.

Dava ən çox ağac kəsilməsi faktının olduğu Qəriblər Meşəbəyliyinin 8 saylı meşə dolayında baş verib.

DİN-in mətbuat xidmətinindən verilən açıqlamada isə bildirilib ki, hadisə ilə bağlı Masallı rayon Polis Şöbəsində araşdırmalar başlanılıb:

"Ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

AzToday.az-a daxil olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Ağaqardaş Qaraşov hadisəni ört-basdır etmək üçün hərəkətə keçib. Belə ki, dekabrın 24-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Həmkarlar Təşkilatı hadisə ilə bağlı iclas keçirib. Və iclasda Abuturab Bağırovun günahsız olduğu, Sədrəddin Abbasovun isə ehtiyatsızlıqdan yıxılıb, xəsarət aldığı bildirilib.

Qeyd edək ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Həmkarlar Təşkilatının sədri Adil Quliyev Ağaqardaş Qaraşovun qudasıdır. Ümumiyyətlə, Ağaqardaş Qaraşovun Masallı Regional Meşə Təsərrüfatını faktiki olaraq nəzarətdə saxladığı bildirilir. Mərkəzin maliyyə axınlarının da Qaraşovun merkantil maraqlarına uyğun formalaşdırıldığı iddia olunur. Belə ki, mərkəzə rəhbərlik edən bədən tərbiyyəsi üzrə mütəxəssis olan Adəm İsmiyevin meşə təsərrüfatı sahəsində naşı kadrdır. Buna görə də idarəni Ağaqardaş Qaraşovun adamları idarə edir.

Hadisə ilə bağlı redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Qəriblər Meşəbəyliyinin meşəbəyisi Sədrəddin Abbasovun nəzarət etdiyi 8 və 2 saylı meşə dolaylarında böyük həcmdə ağac qırıntıları var. Sadə yoxlama ilə adıçəkilən dolaylarda qanunsuz meşə qırıntısını üzə çıxartmaq mümkün olduğu da bizə çatan məlumatlar sırasındadır. Hadisə də məhz bu dolayların ərazisində baş verib. Məlumatda iddia olunur ki, meşəbəyi ilə Abuturab Bağırovun arasında yaşanan mübahisəyə 3 "Ural” markalı yük maşını ilə daşınan ağac materialı səbəb olub. Belə ki, tərəflər "Ural”larla daşınan ağac materialının pulunu bölüşdürə bilməyiblər…
 
Yeri gəlmişkən qeyd edək ki, Abuturab Bağırov 2011-ci ildə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsindən də nazirliyə ağac qırıntıları ilə bağlı edilən şikayətlərdən sonra çıxarılmışdı. Onun işdən çıxarılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda sözügedəb 2 və 8 saylı meşə dolaylarının ərazisində ağacların qanunsuz kəsilməsi faktlarının müəyyən olunduğu bildirilirdi:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 2 və 8 saylı dolaylarının ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olan şikayət məktubları Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirliyin elektron poçt ünvanına İbad Yusubov adından Masallı rayonu Qəriblər kəndi ətrafındakı meşənin gözətçisi Yaşar Məlikov tərəfindən ağacların qanunsuz kəsilməsi barədə şikayət məktubu daxil olub. Araşdırılan zaman Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 8 saylı dolayının ərazisində 85,73 m3 həcmində 68 ədəd müxtəlif cinsli ağacların (vələs, palıd, fısdıq və ağcaqayın) qanunsuz kəsilərək aparıldığı aşkar edilib.

Nazirliyin əməkdaşlarının başqa bir şikayətlə bağlı Qəriblər meşəbəyliyinin 2 saylı dolayına baxış keçirdikləri zaman həmin ərazidə 6,69 m3 həcmində 40 ədəd müxtəlif diametrli və cinsli ağacların (dəmirağacı, vələs, ağcaqayın və s.) qanunsuz olaraq kəsildiyi müəyyən edilib.

Aşkar olunan faktlarla əlaqədar Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Abuturab Bağırov tutduğu vəzifədən azad olunub, meşəbəyi Oktay Tağıyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib, meşə gözətçisi Yaşar Məlikov barəsində inzibati tənbeh tədbiri görülüb.

Təbiətə dəymiş ziyan meşə gözətçiləri Adil Mirzəyev və Yaşar Məlikov tərəfindən ödənilib.Hazırda həmin ərazilər nəzarətə götürülüb”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook