SON XƏBƏR

Əkbər Hacıyevi "Qlobal" MMC-nin "əməllərinə" göz yumduran səbəb nədir? - İTTİHAM

Sentyabr 16
09:57 2017
"Aran”Ekoloji Maarifləndirmə İctimai Birliyin sədri Nəsirəddin Kərəmov arqument.az-a müraciət ünvanlayıb. 

O bildirib ki, "Azəriqaz" İstehsalat Birliyinin yerli şöbəsi Saatlı rayonunda sayğac quraşdırmaq üçün sakinlərdən 350 manat pul tələb edir. 

Müraciəti olduğu kimi təqdim edirik: "İki ilə yaxındır qohumum məndən xahiş edib ki, ona kömək edim və evinə elektrik və qaz sayğacıları quraşdırılsın. Onunla birlikdə əvvəlcə Saatlı rayon elektrik şəbəkəsinə gedib işçilərdən yeni tikilmiş evə elektrik sayğacı quraşdırılmasını xahiş etdim. İşçilər mənə bildirdilər ki, ərizə yaz, yaşayış yerindən arayış al və çəxssiyət vəsiqəsinin sürətini gətir. Deyilən sənədləri yığıb  rayon elektrik şəbəkəsinə apardım. 

Sənədləri təqdim edəndən sonra mənə bildirdilər ki, 240 manat ödə sənə texniki şərt gətirək. Texniki şərtin nəyə lazım olduğunu soruşdum. Bildirdilər ki, istifadə edəcəyin elektrik enerjisini gücünə uyğun olaraq sayğac almaq üçün. Onlara bildirdim ki, pulum yoxdur. Sayğacı quraşdırın nə qədər enerji işlətsəm pulunu ödəyim.Elektrik şəbəkəsinin işçiləri mənimlə razılaşmadılar.Bildirdilər ki, bu iş İmişli Regional idarəsində həll olunur.

Getdim İmişlidəki Regional idarəyə, orada kimdən soruşdum ki, nə üçün sayğac quraşdırılanda vətəndaşlardan pul alırsınız, heç kim mənə cavab vermədi. Bildirdilər ki, bizlik deyil.

2016-cı ildə "Azərişıq”ASC sədri cənab Baba Rzayevə sorğu məktubu göndərdim. Mənə "Azərişıq” ASC-nin hüquq idarəsinin rəisi Raz Məmmədov 17.05.2016-cı ildə HX/11 04 saylı məktubla cavab verdi. Cavabda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları”-nın 7.9-cu bəndinə əsasən sifarişçilərin elektrik qurğularının elektrik şəbəkəsinə qoşulması üçün verilən texniki şərtə və abonentin kodunun açılmasına, habelə elektrik hesablaşma sayğacının quraşdırılmasına görə heç bir ödəniş tələb olunmur.

Aldığım məktubu və Nazirlər Kabinetinin məlum qərarını götürüb getdim Saatlı rayon Elektrik şəbəkəsinə. Orda Azərenerjidən bir nümayəndə oturmuşdu, tanış olduq dedi adım Fərdandır. Məktubu və qərarı ona verdim ki,tanış olsun. Məktuba baxıb dedi ki, bunları bilirik. Əsas puldur. Gedin Sabirabada ”Asan xidmətə” pulunuzu ödəyin sayğac quraşdıraq. 

Bundan sonra evə qaz sayğacı da quraşdırmaq lazım idi. Saatlı rayon Qaz istismar idarəsində bildirdilər ki, 350 manat köçürün,gəlib sizə sayğac quraşdırsınlar. İdarədə bizə bildirdilər ki, sayğacı”Qlobal” MMC quraşdırır.

Mən 050-511-28-66, 055-559-78-40 nömrəsi ilə zəng etdim "Qlobal”MMC-yə bildirdim ki,evə qaz xətti çəkmək lazımdır.”Qlobal”MMc-dən mənə bildirdilər ki,biz qaz çəkmirik.
 
Yalnız qaz idarəsindən qaz sayğaclarını götürüb evlərə quraşdırırıq.Onlardan soruşdum ki,sayğacı necə quraşdırırsınız. Bildirdilər ki,350 manata...

Onlara dedim ki, ”Qazdan istifadə qaydaları” haqqında Nazirlər kabinetinin 12 may 2011-ci ildə təsdiq edilmiş 80 saylı qərarı var.Həmin qərarın Qaz sayğaclarının quraşdırılması və istsmarı bölümünü 4-2-ci bəndində yazılıb. Qaz sayğacı ilə təchiz edilmə,onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya qaz paylayıcısı hesabına,hüquqi şəxslərə öz vəsaiti hesabına həyata keçirilir.

Bu göstərilənləri dəqiqləşdirmək üçün 15.06.2017-ci ildə AzəriQaz İstehsalat Birliyinin sədri cənab Əkbər Hacıyevə sorğu məktubu göndərdim. 22.06.2017-ci ildə cənab Ə.Hacıyev məktubu alsa da, hələ də sorğuma cavab verməyib?!

Saatlı rayon sakini Soltanov Cəmilağa 20.02.2017-ci ildə Azərbaycan Respublikası Baş Nazirinə müraciət edərək bildirib ki,imzaladığı Qərar məmurlar tərəfindən icra olunmur.
 
Evinə qaz sayğacı quraşdırılmasını xahiş edir. Nazirlər Kabineti 22.02.2017-ci il tarixdə09/s-32 saylı məktubla vətəndaşın müraciətini göndərib Dövlət Neft şirkətinə.Lakin vətəndaş D.N.Ş  cavab almadığı üçün 23.06.2017-ci ildə yenidən Baş nazirə müraciət edir.29.06.2017-ci il tarixdə 09/s-83 saylı məktubla vətəndaşın məktubu göndərilib. Dövlət Neft Şirkətinə.Bu günə kimi vətəndaşa cavab verilməyib.

Saatlı rayon Qıraqlı kənd sakini Şakir Hüseynov Nazirlər kabinetinin Qərarlarının icra dilməməsi barədə Prezident Administrasiyasına müraciət edib. Həmin müraciət tədbir görülmək üçün Saatlı rayon İcra hakimiyyətinin başçısı cənab Siraqədddin Cabbarova göndərilib. 

İnternetdə nə qədər axtarış aparsam da, "Azəriqaz" İstehsalat Birliyinin sədri Əkbər Hacıyevin səlahiyyətinin Siraqətddin Cabbarova verilməsi barədə cənab Prezidentin sərəncamını tapa bilmədim.Əgər belə bir sərəncam yoxdursa, nə üçün vətəndaşın müraciəti aidiyyəti üzrə "Azəriqaz" İstehsalat Birliyinə göndərilməyib? Niyə Azərbaycan Respublikası Baş nazirinin imzaladığı qərarlar icra olunmur? Nə üçün icra edici orqanlar barəsində heç bir tədbir görülmür?

Məni bir məsələ daha çox narahat edir. Nə üçün "Azərenerji"nin, "Azərişıq”ASC-nin, Dövlət Neft Şirkətinin, "AzəriQaz" İstehsalat Birliyinin oğurladıqları milyonlarla pulun yerini qeyri-qanuni yolla vətəndaşlardan yığırlar. Bu fakt özü korrupsiya deyilmi? Kim bilir,bəlkə korupsiya idarəsi də bunlarla müştərək işləyirlər.  

Dünyada ən baha elektrik enerjisi və qaz Azərbaycandadır vətəndaşlara 1-kv elektrik enerjini 11 qəpiyə, bir kub qaz 20 qəpiyə satılır.Bu talançılıqla da gözləri doymur. Üstəlik, vətəndaşların dərisini Nəsiminin dərisi kimi soyurlar. Bütün bu özbaşnalığa, talançılığa və laqeyidliyə dur deyiləcək?

Nəsirəddin Kərəmov
"Aran”Ekoloji Maarifləndirmə İctimai Birliyin sədri"

Yazıdakı iddialarla bağlı sözügedən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 

(Arqument.Az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook