SON XƏBƏR

Ehtiram Hüseynovun solo-konserti olacaq

Dekabr 21
00:37 2016
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, tanınmış muğam ifaçısı, Ehtiram Hüseynov dekabr ayının 29-da Beynəlxalq Muğam Mərkəzində solo-konsertlə çıxış edəcək.

Bu barədə Karabakmedia.az-a xanəndə özü məlumat verib: "Bu mənim sayca üçüncü solo- konsertim olacaq. "Vətəni sevməyən insan olmaz” adlı bu solo-layihəni respublikamızın əməkdar artisti Əliağa Sədiyevlə birlikdə hazırlamışıq. Konsertdə məni Əliağa müəllimin rəhbərlik etdiyi "Xarı bülbül” qrupu müşayiət edəcək. Artıq bir neçə müddətdir ki, məşqlərə başlamışıq. İnanıram ki, bu dəfə də muğam sevənlərin ürəyincə olan uğurlu bir konsert alınacaq”.

Qeyd edək ki, dekabr ayının 29-da saat 19:00-da başlayacaq konsertə biletləri şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən və iticet.az saytından əldə etmək olar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook