SON XƏBƏR

Əhmədzadənin kürəkəninin Bakıda min dənə evi var? - Şok iddia

Yanvar 21
15:39 2019
Azərbaycanın istiqlalının əleyhinə səs vermiş Ali Sovetin sabiq deputatı, 25 ildən artıq bir müddətdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olan Əhməd Əhmədzadənin yaratdığı geniş biznes şəbəkəsi ilə bağlı məlumatlar yayılmaqdadır. Bu məlumatlarda Əhmədzadənin  Qaxdan İngiltərəyə uzanan biznes imperiyasında saysız-hesabsız şirkətlərin və otellərin olduğu əksini tapıb.
AzToday.az xəbər verir ki, araşdırma yazılarında nazir statuslu Əhməd Əhmədzadənin ailə üzvlərinin və yaxın qohumlarının adına çoxsaylı şirkətlər olduğu bildirilir.
Əhmədzadənin belə qohumlarından biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə müdiri işləyən İlham Rəcəbovdur. Polis polkovniki İlham Rəcəbov Əhməd Əhmədzadənin qızının həyat yoldaşıdır.
AzToday.az-a daxil olan məlumatda bildirilir ki, İlham Rəcəbovun təkcə Bakıda minə yaxın evi var.  Həmçinin, polis polkovniki şadlıq saraylarına, otellərə və başqa biznes obyeklərinə də sahibdir. Bundan başqa Bakıda məşhur Sirr Şirniyyat şəbəkə evləri də İlham Rəcəbova məxsusdur.  Quba və Qax rayonlarında da obyektlərə sahib olan İlham Rəcəbovun biznesinin və sahib olduğu əmlaklarının böyük hissəsi qızı Səba Rəcəbovanın adına olduğu deyilir.
Maraqlıdır ki, DYP-də şöbə müdiri işləyən və qaynatasının hesabına geniş biznes şəbəkəsinə sahib olan İlham Rəcəbovun polis sistemində də mənfi imici var.
İlham Rəcəbovun məxsus olduğu geniş biznes şəbəkəsi ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook