SON XƏBƏR

Əhmədzadənin işçisi ilə bağlı şok iddia - Başçı müavin olmaq üçün 2 milyon təklif edibmiş

Avqust 28
15:27 2020
Yuxarı Şirvan Kanalının İstismar İdarəsinə müdir təyin edilən İlyas Səfərovla bağlı müəmallar davam edir. Bu təyinatın nəyə borclu olduğunu deyə bilmərik. Lakin onu bilirik ki, Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri olan zaman bir sıra yeyintilərə yol vermiş birini belə mühüm vəzifəyə təyin etmək müəmmalıdır.

Bildirilir ki, İlyas Səfərov hələ Yuxarı Qarabağ Kanalı İdarəsinə müdirlik edərkən bir sıra tender qalmaqallarına adını salmışdı. Onun dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaitlərini xərclədiyi qeyd edilir, bəzi korrupsiya hallarına yol verdiyi vurğulanırdı. Həmin idarəni viran günə qoyan Səfərovun yeni posta təyinat alması isə bu idarənin də məhvinə gətirib çıxaracaq.

Qeyd edək ki, Yuxarı Şirvan Kanalının İstismar İdarəsi ölkədə strateji kanallardan biri olan Yuxarı Şirvan kanalınna nəzarət edir. Mənbəyini Mingəçevir Su Anbarından götürən Yuxarı Şirvan kanalı Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının torpaq sahələrinə suvarma suyunun verilməsi məqsədilə 1958-ci ildə istismara verilib. Hazırda kanal vasitəsilə həmin rayonlarla yanaşı, Hacıqabul, Zərdab və Şamaxı rayonları da daxil olmaqla, 125 min 555 hektar əkin sahəsi suvarılır.

Bu il Yuxarı Şirvan Kanalının 123 km-lik hissəsinin yenidənqurulmasına başlanılıb. Ölkənin ən stratji kanallarından birinə nəzarət edən idarənin rəhbərliyinə İlyas Səfərov kimi korrupsionerin birinin təyin edilməsi ciddi yanlışdır. 
 
Bildirək ki, İlyas Səfərovun adı uzun müddətdir mətbuatda müxtəlif korrupsiya əməlləri ilə keçir. Ancaq nədənsə  Yuxarı Şirvan Kanalının İstismar İdarəsinin müdiri İlyas Səfərova dəyib-dolaşan toxunan yoxdur.  Belə çıxır ki, İlyas Səfərovun himayədarı hazırda həbsdə olan dostu Qoca Səmədovdan güclüdür. Çünki İlyas Səfərovun illlərdən bəri həyata keçirtdiyi korrupsiya əməllərini yoxlasalar o mütləq şəkildə dostu Qoca Səmədovun yanına gedəcək. Ancaq heç kəs İlyas Səfərova toxunmur. 

Qeyd edək ki, ölkə mətbuatında yayılan məlumatlarda 2 il əvvəl İlyas Səfərovun Yevlax icra başçısı Qoca Səmədovla anlaşaraq onun birinci təyin olunmaq niyyyəti var imiş. Hətta bunun üçün İlyas Səfərovun Qoca Səmədova 2 milyon manat  pul təklif etdiyidə deyilir. Ancaq İlyas Səfərovun bu istəyinə PA-dan razılıq verilmədiyi üçün birinci mavinlik istəyi ürəyində qalıb. 
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook