SON XƏBƏR

Əhəd Abıyevin Mingəçevir “xəyalı da suya düşdü”

Oktyabr 03
15:31 2018
Bu sözləri adının çəkilməsini istəməyən mənbə MilliYol-a Daşkəsənin icra başçısının Mingəçevirə başçı gəlmək iddilarından danışarkən deyib.

Qeyd edək ki, sabiq millət vəkili, Daşkəsən rayon İcra Hakimiyyətinin baçısı Əhəd Abıyevin Mingəçevir şəhər İcra hakimiyyətinə başçı təyin olunacağı ilə bağlı məlumatlar dolaşmaqdadır.
 
Bu barədə MilliYol-un məlumat aldığı mənbə Əhəd Abıyevin Mingəçevirə başçı getmə şansını bir mənalı olaraq ehtimal verməyib: "Əhəd Abıyevin çoxdan Daşkəsəndən böyük Aran rayonlarından birinə başçı gəlmək iddiası hamıya bəllidir. Onun Bakının rayonlarından bir neçəsinə də başçı getməklə bağlı xahişləri olub. Hazırda isə Əhəd Abıyev vakansiya olan Mingəçevir şəhər İcra hakimiyyətinə başçı getmək üçün minnətçi düşdüyü də bəllidir. Lakin mən inanmıram ki, Əhəd Abıyevin dağdan Arana enməsi baş versin. Onun Mingəçevirə başçı təyin olunması real deyil. Çünki hazırkı şərait başqadır və yerlərə tamamilə başqa xüsusiyyətlərə sahib olan kadrlar tələb olunur.
 
Bir zamanlar Əhəd Abıyev, Hacıbala Abutalıbov, Elmar Vəliyev kimi rəhbər kadrlara doğrudan ehtiyac vardı. Bu daha çox əhalinin sovet quruluşuna alışqanlığı ilə əlaqələndirilidi. Artıq o zaman deyil ki, əhali ilə kobud davranan, hər addımda zorbalıq nümayiş etdirən, insanlarda xof yaradan rəhbərlərə ehtiyac duyulmur. İndi daha çox savadlı, intellektual və texnokrat rəhbərlərə ehtiyac var və hakimiyyət də bu ehtiyacı gözəl anlamaqdadır. Ona görə də Əhəd Abıyevin Mingəçevir kimi sənaye şəhərinə başçı təyin olunması reallıqdan uzaqdır. Ümumiyyətlə Əhəd Abıyev kimi kadrlar artıq müasir zaman şərtlərindən kənarda qaldıqları üşün onların limitinin tükəndiyi özü-özlüyündə aydındır”.
 
Xatırladaq ki, Əhəd Abıyevin uzun iilərdir Daşkəsəndən Bakıya daha yaxın bir rayona təyianat alması üçün çalışır. Daha əvvəl ona aralarının çox soyuq olduğu bildirilən Elmar Vəliyevin mane olduğu qeyd edilirdi...

Qarşı tərəfin mövqeyini dərc eləməyə hazırıq.

(Mənbə:MilliYol.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook