SON XƏBƏR

Əhalinin banklardakı əmanətlərinin 73,4 faizi xarici valyutada qoyulub

Avqust 17
16:49 2017
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə iyulun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq 6 milyard 907,1 milyon manat təşkil edib.
 
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əmanətlərin 73,4 faizi xarici, 26,6 faizi isə milli valyutada qoyulub. İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,74) manata, 1 avroya1,96 manata (1,89), 100 rus rubluna 2,86 manata (2,98) bərabər olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook