SON XƏBƏR

Əhali kreditlərdən imtina edir; 1.5 milyard manat problemli kredit var

Yanvar 24
15:01 2017
Dövlət Statistika Komitəsi 2016-cı ildə əhalinin banklarda olan əmənətləri və kreditlərin həcmini açıqlayıb. 2016-cı il dekabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli 16 275,5 milyon manat təşkil edib.
 
Həmin məbləğin böyük hissəsini -12 824,5 milyon manatı uzunmüddətli kreditlər təşkil edib.  Kredit portfeli 2015-ci il dekabr ayının 1-i ilə müqayisədə 13,2 faiz azalıb.
 
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9%-ni təşkil edib. Başqa sözlə, 1 442,3 milyon manat problemli kredit qalıb.

Əhalinin banklardakı əmanətlərinin məbləği isə 2016-cı il dekabr ayının 1-nə 7 605,8 milyon manat təşkil edib (Fins.az).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook