SON XƏBƏR

"EGE Hospital"ın Doğum Şöbəsi istifadəyə verildi

Noyabr 01
11:01 2019
Azərbaycanda az sayda klinikalarda icra olunan əməliyyatların yüksək peşəkarlıqla həyata keçirildiyi "EGE Hospital"da daha bir uğurlu layihəyə addım atılıb. Artıq hospitalda doğum şöbəsi istifadəyə verilib.

"EGE Hospital"ın Ginekologiya və yeni açılmış doğum şöbəsinin rəhbəri – Cərrah mama, ginekoloq-Uzman Dr. İlhamə Eldarova və peşəkar həkim kollektivi riskli və normal hamilələrin təqibi, ultrasəs müayinəsi, normal doğum və keysəriyyə, keysəriyyə sonrası normal doğum, sonsuzluq, ailə planlama, vaginal infeksiyaların müalicəsi, uroginekoloji problemlər, genital estetika və bu kimi bütün növ ginekoloji xəstəliklərin müalicəsini cərrahi və konservativ yolla yüksək səviyyədə "EGE Hospital"da həyata keçirirlər.

Hamiləlik müddətində hamilələrə genetik testlər (2-li, 3-lü,4-lü test, free cell DNA, Doppler müayinəsi), risk qrupunda olan pasiyentlərə invaziv işləmlər (amniosentez, CVS) icra edilməkdədir.

Doğum Şöbəsində epidural anesteziya ilə yüksək peşəkarlıqla, anestezioloq və ginekoloqlar tərəfindən ağrısız doğum gərçəkləşdirilməkdədir.

Bütün doğuş müddəti ərzində ana və körpənin həyati vacib funksiyaları ən müasir tibbi avadanlıqlarla tam nəzarətdə olur (monitorlar, KTQ cihazları və s.).
 
Cərrahi əməliyyat üçün göstəriş olan bütün növ ginekoloji problemlər laparoskopik, vaginal və açıq cərrahi üsulla həyata keçirilir. 

"EGE Hospital"ın yeni olaraq istifadəyə verilmiş doğum şöbəsində müasir doğuş zalları və əməliyyatxanalar, neonatologiya və zahılıq şöbələri yaradılmışdır. Həmçinin yarımçıq doğulmuşların sağalmaları üçün "EGE Hospital"da müasir avadanlıqlarla təchiz olunmuş "Yenidoğulmuşlar üçün reanimasiya şöbəsi" də fəaliyyət göstərir. 
 


Doğum şöbəsinin müdiri dr. İlhamə Eldarova bildirib ki, "EGE Hospital"da müasir dünya standartlarına uyğun Doğum şöbəsinin yaradılması klinikanın daha da yüksək pilləyə qalxması və sağlam nəslin dünyaya gəlməsi üçün bir zəmindir. 

Ünvan: Akademik Həsən Əliyev küçəsi 38.
 
Tel: 11-17 və ya 050 299-11-17

"EGE Hospital" – Sağlamlığınız Sağlamlığımızdır

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook