SON XƏBƏR

Əfv sərəncamının icrasına başlanılıb

May 25
09:14 2018
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mayın 24-də imzaladığı əfv sərəncamının icrasına başlanılıb

Sərəncam ümumilikdə 634 nəfərə şamil olunub.
 
Məhkumlardan 607-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.
 
Bundan başqa, 9 məhkum şərti azadlıqdan məhrumetmə, 6 məhkum islah işləri, 11 məhkum isə cərimə cəzasından azad edilib.(APA)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook