SON XƏBƏR

“Əfv sərəncamına tanınmış şəxslər də düşə bilər“ - Əliməmməd Nuriyev

Fevral 12
12:00 2019
"Novruz Bayramında əfv sərəncamı imzalana bilər”.

Bunu AzNews.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, fevral ayının 11-də keçirilən iclasda 200-ə qədər müraciət müzakirə edilib:

"Əfv Komissiyasının növbəti iclası keçirildi. 200 qədər müraciətə baxıldı. Komissiyanın iclasları Novruz Bayramına kimi davam edəcək. Bayram ərəfəsində Prezident tərəfindən əfv sərəncamı imzalana bilər. Əlbəttə ki, bu, birbaşa Prezidentə aid məsələdir. Əfv Komissiyasına daxil olan müraciətlərin hamısı araşdırılır, müzakirə olunur və verilən rəylər hamılıqla Prezidentə təqdim olunacaq”.

Əliməmməd Nuriyev qeyd edib ki, əfv sərəncamına tanınmış şəxslər də düşə bilər:

"Əfv Komissiyasına daxil olan bütün müraciətlər vahiddir. Qəbul olunan müraciətlərə ayrı-seçkilik qoyulmur. Əlbbətə ki, bütün şəxslər sərəncama düşə bilər. Edilən cinayətlər, zərərçəkənin mövqeyi, çəmiyyət, dövlət üçün onun təhlükəli olub-olmaması və s. bütün bunlar əlbəttə ki, nəzərə alınır”. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook