SON XƏBƏR

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

Avqust 08
12:27 2019
NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti Əfqanıstandakı missiyada iştirak edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook