SON XƏBƏR

Əfqanıstandakı Azərbaycan sülhməramlıları vətənə qayıdıblar

Yanvar 10
12:08 2019
Azərbaycan Ordusunun Əfqanıstan İslam Respublikasındakı bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Qlobal.az-ın Müdafiə Nazirliyinə istinadla məlumatına görə, ordumuz NATO-nun həyata keçirdiyi "Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərir. 

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook