SON XƏBƏR

Əfqanıstanda "Taliban"ın səhra komandirlərindən biri öldürülüb

İyul 12
06:08 2017
"Taliban" radikal hərəkatının nüfuzlu liderlərindən biri Vardak vilayətində Əfqanıstanın təhlükəsizlik qüvvələri ilə toqquşmada öldürülüb.
 
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi yerli polis rəisi Naqibulla Aminiyə istinadən məlumat yayıb.
 
Məlumata görə, toqquşma Calrez rayonunda baş verib. "Əməliyyat zamanı taliblərin səhra komandiri Mavlavi Abdul Rəhman və onun dörd əlaltısı öldürülüb, üç silahlı
yaralanıb" – deyə o bildirib. Toqquşma zamanı həmçinin bir polis əməkdaşı da həlak olub, daha iki asayiş keşikçisi yaralanıb.
 
"Taliban" silahlıları baş verənləri hələlik şərh etməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook