SON XƏBƏR

Əfqanıstan və Suriyada yüzlərlə dinc insan öldürüldü

Sentyabr 28
11:38 2017
Son günlərdə Əfqanıstan və Suriyada çox sayda mülki vətəndaş öldürülüb.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Ceyms Mattis və NATO baş katibi Cens Stoltenberq Əfqanıstanın paytaxtı Kabilə eniş edən zaman havalimanını hədəfə alan bomba hücumundan sonra ABŞ qırıcı təyyarələri terrorçuların sığındığı ərazilərə hücum təşkil edib. Həm İŞİD, həm də Taliban terror qrupunun məsuliyyəti üzərinə götürdüyü hücumdan sonra ABŞ və Əfqanıstan qüvvələri terrorçularla birlikdə səhvən dinc insanları da hədəf alıb. NATO-nun "Qətiyyətli Dəstək" missiya qrupu hadisə ilə bağlı açıqlama verərək raketlərdən birinin səhv istiqamətə hərəkət etdiyi və sivilləri hədəf aldığını, hadisə səbəbilə dərin təəssüf hissi keçirdiklərini deyib. Açıqlamada ölən və yaralanan sivillərin sayı barədə məlumat verilmir.
 
BMT baş katibi Stefan Dujarriç isə açıqlama verərək bildirib ki, 25 və 26 sentyabr tarixlərində Suriyanın İdlib bölgəsində hava hücumları təşkil edilib, 25 sentyabrda 27 nəfər ölüb, 58 nəfər yaralanıb, 26 sentyabrda isə 80 nəfər dünyasını dəyişib. Dujarriç həmçinin qeyd edib ki, Deyr Əz Zor bölgəsində davam edən qarşıdurmalar nəticəsində 1 milyondan çox insanın həyatı təhlükə altındadır, ötən ay 100 min, son həftədə isə 50 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook