SON XƏBƏR

Əflatun Rufiyevin Beyləqana başçı gedəcəyi xəbərini kimlər yayır? - Alı Alıyevin adamları yoxsa...

Oktyabr 19
12:40 2018
Alı Alıyevin yaxınları Əflatun Rufiyevin Beyləqana icra başçısı təyin olunacağı xəbərini niyə yayırlar? 

Prezidentin işdən çıxartdığı Beyləqan rayon icra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin yerinə kimlərin başçı olmaq şansları barədə beş gün öncə oxucularımıza məlumat vermişdik. 
 
Həmin məlumatda bildirmişdik ki, hazırda boş qalan Beyləqan icra başçısı postuna bir neçə şəxsin adı hallansa da, iki namizədin adı daha inandırıcıdır.

Bu namizədlərdən biri Füzuli rayon İcra başçısı işləyən Alı Alıyev, digər isə vaxtı ilə Ağsu və Siyəzən rayonlarında başçı işləmiş, hal-hazırda isə Prezidenti Administrasiyasının məsul işçisi kimi çalışan Əflatun Rufiyevdi. 
 
AzFakt.com-a daxil olan məlumatda vurğulanırdı ki, hər iki namizədin icra başçısı olmaq şansı yüksəkdir. Belə ki, Alı Alıyevin özü də bu təyinata həvəs göstərir. Böyük ehtimalla Alı Alıyev Füzuli rayonundan Beyləqana təyinat alarsa, bu onun icra baçısı kimi ömrünü daha 5 il uzada bilər.
 
İkinci namizəd isə prezident adminstrasiyasının məsul işçisi olan Əflatun Rufiyevin də şansları yüksək görünür. Çünki son icra başçısı təyinatlarında Prezidenti Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin rolunun böyük olmasını nəzərə alsaq o zaman Əflatun Rufiyevin Beyləqan rayon icra başçısı olmaq imkanları daha inandırıcı görünür. 

AzFakt.com-a Beyləqandan daxil olan məlumata görə rayon əhalisi arasında icra başçısı təyinatı ilə bağlı yayılan söz söhbətlərdə ən çox adı hallanan şəxs məhz Əflatun Rufiyevdir. 

Prezident Adminstrasiyanın Beyləqan rayonu üzrə kurator vəzifəsini həyata keçirən Əflatun Rufiyevə qarşı həm rayon camaatının, həm də yeli məmurların münasibəti müsbətdir. Çünki dəfələrlə sabiq icra başçısı ilə keçirilən görüşlərdə iştirak etmiş Əflatun Rufiyev insanlarda xoş təsərrüatlar yaradıb. Vətəndaşların problemlərinin həll edilməsindən tutmuş, məmurlara qarşı müsbət tutumuna görə seçilib. İlginc məqamladan biri isə cənab Əflatun Rufiyevin adının Beyləqan rayon icra Hakimiyyətinin başçısı olacağı şaiyələrinin gündəmdən düşməməsidir.

Beyləqandan daxil olan məlumatda vurğulanır ki, cənab Ə.Rufiyevin adını gündəmə gətirənlər arasında Füzuli rayon icra başçısı Alı Alıyevə yaxınlığı və rəğbəti olan şəxslər çoxluq təşkil edir. Füzuli icra başçısına yaxın olan adamların Əflatun Rufiyevin adını əhali arasında gündəmə gətirməklə hansı məqsəd güddükləri isə müəmmalıdır.

Rayon icra hakimiyyətindəki məlumatlı şəxsin bu məsələ ilə bağlı AzFakt.com-la bölüşdüyü fikirlər isə daha ilgincdir. Məlumatlı şəxsin iddiasına görə Beyləqan rayonunda Alı Alıyevə yaxınlığı ilə seçilən şəxslər əslində Əflatun Rufiyevin başçı təyin olunacağından xeyli narahatdırlar. 
 
Çünki Adminstrasiyanın məsul işçisi icra başçısı təyin ediləcəyi halda, özünü doğrultmaq və rayonda müsbət ab-hava yaratmaq üçün illərdən bəri vəzifələrdə işləyən bir çox harınlamış, korrupsioner məmurlarla vidalaşacaq. Ancaq Alı Alıyevin Beyləqana icra başçısı təyinatında onlar öz vəzifə kürsülərini qoruyaraq və yenə də dövlətin pullarını mənimsəməkdə davam edəcəklər.

Məsələ ilə bağlı Füzili rayon İcra Hakimiyyətinə müraciət etdik, ancaq münasibət bildirmədilər. Gün ərzində Füzuli RİH-in münasibətini örgənməyə çalışacağıq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook