SON XƏBƏR

Əflatun Amaşov: “Onlayn mediaya sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır”

Noyabr 22
22:36 2017
"Azərbaycanda mətbuata ayrılan vəsait qonşu ölkələrlə müqayisədə olduqca aşağıdır. İnformasiya siyasəti sahəsinə büdcədən ayrılan vəsait artırılmalıdır".

Qlobal.Az xəbər verir ki, "Report”un xəbərinə görə, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

O bildirib ki, onlayn mediyaya sistemli şəkildə dövlət vəsaiti ayrılmalıdır: "Xaricdən olan informasiya təzyiqləri ilə əsasən onlayn media mübarizə aparır. Bu sahəyə sistemli dövlət vəsaiti ayrılmalıdır. Ən azından il ərzində 1 milyon manat ayıra bilsək, tezliklə bunun nəticələrini görərik".
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook