SON XƏBƏR

Əbülfəz Məlikov ölkənin meyvə sektorunu da ələ keçirdi

Aprel 02
13:22 2018
Ölkənin yağ monopolisti Əbülfəz Məlikov artıq meyvə bazarına da əl qoymaq üçün hərəkətə keçib. 
 
Bu barədə xəbəri 24saat.org saytı yayıb. 
 
Saytın yazdığına görə, bir müddətdir ki, karqo şirkətlərin qanunsuz fəaliyyətinə yaradılan maneələrdən sonra bu yolla böyük pulların mənimsənilməsinin mümkün olmadığını anlayan Ə.Məlikov ölkəyə idxal olunan meyvə-tərəvəz məhsullarının inhisarını nəzarət altına almağı bacarıb. 
 
Belə ki, bu işdə Əbülfəz Məlikova himayədarı Kəmaləddin Heydərovun dəstək verdiyi bildirilir. 
 
Saytın yazdığına görə, Azərbaycana gətirilən meyvə-tərəvəz məhsulları Məlikovun sərəncamında olan şirkətlərin adına sənədləşdirildikdən sonra bazara daxil olur. Bu yolla dövlətə ödənilməli olan milyonlarla verginin Məlikovun cibinə getdiyi də verilən məlumatlar arasındadır. 
 
Sayt bu barədə yaxın günlərdə daha geniş araşdırma yazısı təqdim edəcəyini qeyd edir. 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook