SON XƏBƏR

Əbülfəz Məlikov hansı vəzifəni 500 milyona almaq istəyib?

Yanvar 09
01:20 2018
Əbülfəz Məlikov "Meyvəli”yə göndərilməmişdən əvvəl hakimiyyətin iqtisadi qanadında önəmli rolu olan bir neçə şəxsdən onun Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə gətirilməsi üçün lobbi dəstəyi xahiş edib

Bu barədə məlumat verən mənbə bildirir ki, bunu Əbülfəz Məlikov özü bir məclisdə bəzi dostlarının yanında deyib. 

Xatırladaq ki, təqribən ötən ilin yay aylarında bir sıra mətbu orqanlar Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin vəzifədən alınacağını yazırdı. Bu məlumatlarda müəyyən həqiqət payının olduğunu bildirən mənbə qeyd edib ki, Əbülfəz Məlikov onun lobbiçiyini edən şəxslərə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinat alacağı halda 500 miylon manat verəcəyini bildirib. Mənbə qeyd edib ki, hətta yaxın qohumları eyş-işrət məclislərinin birində birinci tost olaraq Gömrük Komitəsinin gələcək sədri, general-polkovnik Əbülfəz Məlikovun şərəfinə qaldırılıb. Qeyd olunur ki, həmin məclidə bu gün ölkənin böyük media qurumlarından birinə rəhbərlik edən şəxsin həyat yoldaşı da olub. 

Lakin bütün cəhdlərinə baxmayaraq, Əbülfəz Məlikovun Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini əldə etmək arzusu gözündə qalıb. Çünki onun lobbiçiyini edən şəxslər bildiriblər ki, Əbülfəz Məlikovun ictimai rəydə formalaşan mənfi imici onun bu vəzifəni tuta bilməsini imkansız edir. Aldığı cavabdan məyus olan Məlikova daha sonra "Meyvəli”də çalışmaq təklif olunub.

Başqa bir mənbədən aldığımız məlumatda isə qeyd olunur ki, Əbülfəz Məlikovun və Anar Allahverdiyevin AXCP sədri Əli Kərimli ilə əlaqələri barədə hakimiyyət komandasının müəyyən şəxslərində məlumatlar var. Bu üzdəndə Əbülfəz Məlikovun ümumiyyətlə Azərbaycanı birdəfəlik tərk etməsi istisna olunmur.

(Mənbə: Rubrika.Az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook