SON XƏBƏR

Ebrudan Mübariz Mənsimov açıqlaması: “Heç kim mənə sərvət ödəmir”

May 31
00:07 2017
Türkiyənin məşhur modeli Ebru Şallı azərbaycanlı iş adamı Mübariz Mənsimovun ona Bodrumdakı "Palmarina” hotelində həftənin 6 günü pilates dərsləri keçməyi, eləcə də çimərlikdə və hovuzda poz verib hoteli reklam etməyi üçün 500 min lirə təklif etməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
 
Musavat.com xəbər verir ki, fikirlərini sosial şəbəkədə paylaşan model yayılan məlumatların yalan olduğunu bildirib: "
 
""Sevgili izləyicilərim, içimdən gəldiyi üçün yazdım. Bilirsiniz ki, mən danışmağı sevmirəm. İki gündür haqqımda çıxan xəbərlər yalan və əsassızdır. Çaşmışım, çünki bu gün bu yalan xəbərə bir köşə də yazılıb. Çox acınacaqlı vəziyyətdir. Nə o qədər pul, alıram, nə də mənə sərvət ödəyirlər. Təbii ki, pilates dərsi keçirəm, DVD-lərim var, bir çox idman mərkəzində müəlliməyəm. 14 ildir ki, bu idmanı öyrədirəm. Bu doğru, amma geri qalan hekayələr etibar etməyin. Sonra deyirsiniz ki, bizim qəzetə niyə müsahibə vermirsiniz? Nə olar, hər kəs yaxşı olsun, işinə-gücünə baxsın, dürüst olsun. Sevin, bir az qorxmayın! İnanın sevgi bu dünyanı qurtaracaq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook