SON XƏBƏR

Döyüldüyü iddia olunan icra başçısının müavini vəzifəsindən azad olunub – FOTO

İyul 25
16:11 2017
Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Xəyalə Qəmbərova vəzifəsindən azad olunub.
 
"Report”un əldə etdiyi məlumatı Biləsuvar RİH təsdiqləyib.
 
X.Qəmbərovaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni vəzifə verilib.
 
Qeyd edək ki, ötən həftə mətbuatda X.Qəmbərovanın ləğv olunmuş "Zamin Bank”ın rayon filialının rəhbəri tərəfindən döyülməsi barədə xəbərlər yazılıb.
 
X.Qəmbərova bu vəzifəyə 2014-cü ildə təyin olunub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook