SON XƏBƏR

DYP-nin şöbə rəisi: "Traktor sürücüləri sərxoş saxlanılır"

İyul 26
05:44 2018
Mayın 1-dən bu günə qədər kənd təsərrüfatı texnikalarının iştirakı ilə 13 hadisə qeydə alınıb və bu hadisələrdə 10 nəfər ölüb, 22 nəfər yaralanıb. 

AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinə rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, təhlükəsizlik məsələlərinə diqqət yetirilməlidir.

"Çoxlu sayda traktor sürücüləri sərxoş saxlanılır. Kənd təsərrüfatı texnikalarının yollarda hərəkəti ümumi hərəkətə maneçilik yaradır. Texnikanın qeydiyyatı aparılandan sonra təhlükəsizlik məsələlərinin təhlil olunması ilə bağlı səmərəli iş aparıla bilər. Minik avtomobilləri ilə həddindən artıq kənd təsərrüfatı məhsulları gətirlir. Bunlar axşam saay 11-12-ə qədər meyvə-tərəvəzi avtomobilin yük yerinə yığır və gecə 1-də yola çıxırlar ki, bazara gətirsinlər. Bütün günü işləyən insan nəticədə yorğun halda gəlir, yolda yuxulayır və qəzalar olur", - K.Əliyev qeyd edib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook