SON XƏBƏR

DYP-dən şortiklə bağlı açıqlama: Qadınlar geyinə bilər, kişilər yox

Sentyabr 19
12:25 2020
Baş Dövlət Yol Polisi İdarəsi məşhur texno bloger, jurnalis Fərid Pərdəşünasın şortik geyindiyi üçün idarənin qeydiyyat və imtahan binasına buraxılmamasına münasibət bildirib.

Qurumun mətbuat katibi, polis polkovniki Kamran Əliyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur: 

"Amma adi bir restoranlara gedəndə müəyyən geyim formalarında ümumiyyətlə içəri buraxmırlar. Hərçənd ki, ora kommersiya təşkilatlarıdır və oradan qazancları var. Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbul olunmazdır. Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq bildirirdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil. Qadın gödək paltar da geyinə bilər, şortik də. Ona heç kim heç nə deyə bilməz, bu onun haqqıdır, onun öz hüququdur. Amma kişilərin bizim cəmiyyətdə qəbul olunmaz formada geyinib gəlməsi uyğun deyil. Bəlkə də hələ o zaman gəlib çatmayıb, bizdə kişilərin belə geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bu səbəblə kişilərə tövsiyə olunur ki,  dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz yox, bura gələn digər şəxslərin tələbi, müraciəti ilə bağlıdır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook