SON XƏBƏR

Dövlətə xəyanətdə təqsirləndirilənlərin şikayəti təmin edilməyib

İyul 25
18:09 2017
Natiq Kərimovun şikayəti təmin edilməyib.
 
Musavat.com xəbər verir ki, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sədr müavini İnqilab Əhədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin şikayətini təmin etməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
 
Bildirək ki, Natiq Kərimov və İnqilab Əhədov 2016-cı il yanvarın 7-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Onlara qarşı CM-nin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. İttihama görə, adları çəkilən şəxslər xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub, onların tapşırıqlarını yerinə yetiriblər.
 
Yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə Natiq Kərimovun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. İnqilab Əhədov isə həbsdə qalıb.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti cəza, İnqilab Əhədova isə 5 il azadlıqdan məhrumetmə cəzası verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook