SON XƏBƏR

Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi 25 milyona otel alıb? - İDDİA

Avqust 14
13:32 2018
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrayıl Əliyev Bakıda 25 milyonluq otelin sahibidir.

Unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsi 63 A ünvanında yerləşən 4 ulduzlu "Lake Palace” oteli məhz bu generalındır!

Müassir və klassik üslubda ətrafında süni göl yaradılaraq tikilən otelin 25 milyon manatdan çox qiyməti olduğu bildirilir. Oteldə dəbdəbəli müxtəlif restoranlar, kafelər, idman zalı, masaj salonu, sauna və üzmək üçün hovuz fəaliyyət göstərir. FHN general-mayoru İsrayıl Əliyev otelin idarəçiliyini yaxın adamı olan Famil adlı şəxsə həvalə edib.

Otel biznesindən böyük gəlir əldə edən İsrayıl Əliyev paytaxtda daha bir 17 mərtəbəli otel tikdirib. Dəyəri on milyon manatlarla ölçülən həmin otelin yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.

Xidmət rəisi oliqarxların həsəd apara biləcəyi bu qədər bahalı daşınmaz əmlaka necə sahib olub?

Şübhəsiz ki, Azərbaycan reallığında bu sual hədsiz qeyri-ciddi səslənir…
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook