SON XƏBƏR

Dövlət Təhlükəsizlik Xidməti İlham Əliyev hakimiyyətinin 15 illiyini qeyd edir

Oktyabr 16
11:49 2018
Dövlət Təhlükəsizlik Xidmətinin bütün struktur bölmələrində və hərbi hissələrində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 illiyinə həsr olunmuş tədbirlər keçirilir.

Tədbirlərdə DTX rəisi, general-polkovnik Mədət Quliyev, Dövlət Təhlükəsizlik Xidmətinin idarə rəisləri, sıravi əməkdaşları və hərbçiləri iştirak edirlər.

Təbirlərdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirir və milli inkişaf strategiyasını uğurla həyata keçirir.

Tədbir iştirakçıları İlham Əliyevin 15 il ərzində prezidentliyi dövründə Azərbaycanda sosial və siyasi sabitliyin qorunmasını, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsini, əhalinin rifah halının ardıcıl yüksəlməsini, dövlətin iqtisadi potensialının artmasını, transmilli energetika və nəqliyyat layihələrinin həyata keçirilməsini qeyd ediblər.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook