SON XƏBƏR

Dövlət Komitəsinin sədri jurnalistləri məsuliyyətli olmağa çağırdı

May 13
11:46 2019
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova zorakılığa məruz qalan qadın və uşaqlar haqqında məlumatlar yazan jurnalistləri məsuliyyətli olmağa çağırıb.

Qlobal.az xəbər verir ki, bu barədə, o, Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən "Gender bərabərliyi və media” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hansısa bir problemi araşdıran jurnalist məsuliyyətli olmalıdır: "Hesab edirəm ki, jurnalistlərin məsuliyyətlərinin artırılması istiqamətində treninqlər keçirilməlidir. Bəzi hallarda zorakılığa məruz qalmış qadınların və ya uşaqların həyatı mətbuatda yayılan yanlış informasiyalar hesabına təhlükəyə atılır. Axı onların da gələcəyi var. Əziz jurnalistlər, gəlin bir-birimizə hörmət edək. Onların da yaşamaq haqqı var. Onların haqqında yanlış məlumatlar yaymaqla həyatlarını təhlükəyə atmayaq".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook